Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Avropada karyera və təhsil” mövzusunda seminar keçirilib

Gömrük Akademiyasında “Avropada karyera və təhsil” mövzusunda seminar keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında tələbələr üçün “Avropada karyera və təhsil” mövzusunda "Polcare Academy"nin təlimçiləri tərəfindən seminar keçirilib.

Seminarda açılış nitqi ilə çıxış edən Akademiyanın Gömrük işi və idarəetmə kafedrasının müdiri, i.ü.f.d. Elvin Əlirzayev fərdi inkişafla bağlı Akademiyada keçirilən silsilə tədbirlərdən və mövzunun aktuallığından bəhs edərək qonaqları və seminar mövzusunu iştirakçılara təqdim edib.

Avropada hüquq konsultantı Yusif Məmmədov, təhsil eksperti Elvin Məmmədov və Avropada karyera konsultantı Yusif Əfəndizadə seminarda iştirakçılara Avropada təhsil imkanları, təqaüdlər, xaricdə karyera qurmanın başlıca şərtləri, beynəlxalq dil sertifikatları və digər mövzular barəsində ətraflı məlumat veriblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.