Gömrük Akademiyasının tələbələrinin istehsalat təcrübəsi davam edir
Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq, İqtisadiyyat, Beynəlxalq ticarət və logstika və İnformasiya təhlükəsizliyi ixtisaslarının IV kurs tələbələrinin müxtəlif gömrük orqanları da daxil olmaqla digər dövlət və özəl qurumlarda istehsalat təcrübəsi davam edir.
Təhsil aldıqları ixtisas üzrə təcrübə toplayan tələbələr müəssisələrin müxtəlif struktur bölmələrində mövcud iş prosesləri ilə tanış edilir və müəyyən sahələrdə ilkin peşə vərdişlərinə sahib olurlar.
Eyni zamanda tələbələrin istehsalat təcrübəsinin gedişatı ilə tanış olmaq məqsədilə onların təhkim olunduqları idarələrdə də ayrıca görüşlər keçirilib, təcrübə prosesinin tələbələr üçün daha keyfiyyətli və səmərəli təşkili məsələləri müzakirə edilib.
Qeyd edək ki, ümumilikdə Akademiyanın sonuncu kurs tələbələrinin istehsalat təcrübəsinin müddəti iyun ayının 14-də yekunlaşacaqdır.