Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının növbəti tələbələsi kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikata layiq görülüb

Gömrük Akademiyasının növbəti tələbələsi kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikata layiq görülüb

Dövlət Gömrük Komitəsinin Akademiyasının İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alan III kurs tələbələsi Əli Qurbanov Beynəlxalq İnformasiya Sistemləri Təhlükəsizliyi Sertifikatlaşdırma Konsorsiumunun (ISC)2 kibertəhlükəsizlik üzrə imtahanını müvəffəqiyyətlə tamamlayaraq müvafiq beynəlxalq sertifikata layiq görülüb.

Qeyd edək ki, Beynəlxalq İnformasiya Sistemləri Təhlükəsizliyi Sertifikatlaşdırma Konsorsiumu (ISC)2 aparıcı qeyri-kommersiya təşkilatıdır. Konsorsiumun məqsədi bütün dünya ölkələri mütəxəssislərinin informasiya təhlükəsizliyi üzrə sertifikatlaşdırılmasıdır. (ISC)2 tərəfindən təklif olunan bu nüfuzlu informasiya təhlükəsizliyi sertifikatı kibertəhlükəsizlik proqramını tərtib etmək, həyata keçirmək və idarə etmək üçün müvafiq təcrübəni nümayiş etdirir.