Baş səhifə
Xəbərlər
Təhsil Nazirliyi
Gömrük Akademiyasında Polşanın WSPIA Universitetinin (Hüquq və İdarəçilik Ali Məktəbinin) nümayəndələri ilə görüş keçirilib
Gömrük Akademiyasında Polşanın WSPIA Universitetinin (Hüquq və İdarəçilik Ali Məktəbinin) nümayəndələri ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Polşanın Jeşov şəhərində yerləşən WSPIA Universitetinin (Hüquq və İdarəçilik Ali Məktəbinin) nümayəndələri ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları, WSPIA Universitetinin (Hüquq və İdarəçilik Ali Məktəbinin) rektorunun Beynəlxalq əməkdaşlıq üzrə nümayəndələri Tatiana Pacewicz və Dominika Matyjaszczyk iştirak ediblər.
Akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. Q. Novruzov Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib və iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb.
Tatiana Pacewicz və Dominika Matyjaszczyk təmsil etdikləri ali təhsil müəssisəsi haqqında məlumat verərək müxtəlif istiqamətlər üzrə Akademiya ilə təcrübə mübadiləsinin aparılmasının, birgə layihələrin təşkilinin mümkünlüyünü vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə müzakirələr aparılıb.
Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.