Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşı və tələbəsi Azərbaycan Texniki Universitetində keçirilən tələbə elmi konfrasında iştirak ediblər
Gömrük Akademiyasının əməkdaşı və tələbəsi Azərbaycan Texniki Universitetində keçirilən tələbə elmi konfrasında iştirak ediblər
Azərbaycan Texniki Universiteti (AzTU), Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və ali təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər təşkilatlarının təşkilatçılığı ilə “COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda tələbə elmi konfransı keçirilib. Tədbirdə digər iştirakçılarla yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Cəmilə Namazova və Akademiyanın Tələbə Elmi Cəmiyyətinin sədri, Beynəlxalq ticarət və logistika ixtisasının 4-cü kurs tələbəsi Hüseyn Hüseynzadə iştirak ediblər.
Elmi konfransın rəsmi açılış mərasimi dövlət himninin səsləndirilməsi, ölkəmizin bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən AzTU-nun rektoru, professor Vilayət Vəliyev, FHN-in Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov, ATGTİ-nin sədri Pərviz Mirələmli bu tipli layihələrin perspektivlərindən danışaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun şücaəti ilə Vətən müharibəsində qazanılmış Zəfər fonunda tarixi dövrdə yaşadığımızı, həmçinin COP29-un Azərbaycanda keçirilməsinin önəmini vurğulayıblar.
Sonra tədbir Bakıda yerləşən 10 ali təhsil müəssisəsini təmsil edən tələbələr tərəfindən “COP tələbləri” başlığı ilə hazırlanmış çıxışlarla davam edib.
Tədbirdə digər çıxış edənlərlə yanaşı Akademiyanın tələbəsi Hüseyn Hüseynzadə də “Bərpa olunan enerji mənbələrinə keçid” mövzusunda məruzə ilə çıxış edib.
Sonda gənclər sertifikatla təltif olunublar.