Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ilə Belarusiya Respublikasının Gömrük Təlim Mərkəzi arasında görüş keçirilib

Gömrük Akademiyası ilə Belarusiya Respublikasının Gömrük Təlim Mərkəzi arasında görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Belarusiya Respublikasının Gömrük Təlim Mərkəzi ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Belarusiya Respublikasının Gömrük Təlim Mərkəzinin rəisi Vladimir Qoşin və Akademiyanın əməkdaşları iştirak ediblər.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov Akademiyanın yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib və iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

Təlim Mərkəzinin rəisi Vladimir Qoşin İki ölkə arasında qurulan səmimi dostluq münasibətlərindən söz açaraq, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də səmərəli işgüzar münasibətlərin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın gələcək perspektivlərindən söz açaraq, təşkil edilən görüşün qarşılıqlı təcrübə mübadiləsinin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.