Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında PRO LOG Təlim Mərkəzi ilə görüş keçirilib

Gömrük Akademiyasında PRO LOG Təlim Mərkəzi ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında PRO LOG Təlim Mərkəzi ilə əməkdaşlığa dair görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları, PRO LOG Təlim Mərkəzinin direktoru Sahilə Həmidova və mərkəzin Təchizat zənciri və logistika üzrə eksperti Anar Ağayev iştirak ediblər.

Qonaqları salamlayan Akademiyanın rəisi Qulu Novruzov Akademiyanın fəaliyyət istiqamətləri barədə məlumat verərək təhsil sahəsində əməkdaşlığın önəmindən bəhs edib.

Daha sonra Sahilə Həmidova Təlim Mərkəzinin beynəlxalq logisitka üzrə akkreditasiyadan keçmə vəziyyəti, təchizat zənciri və logistika üzrə təlimlərin təşkili barəsində məlumat verib.

Görüşdə əməkdaşlıq perspektivləri müzakirə edilib.