Baş səhifə
Xəbərlər
Akademiya
ISO 27001 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Baş Auditorluq Təlimləri uğurla yekunlaşıb

ISO 27001 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Baş Auditorluq Təlimləri uğurla yekunlaşıb

Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Türkiyənin “ALLSAFE” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində ISO 27001 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Baş Auditorluq Təlimləri keçirilib. Təlimin məqsədi İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Baş Auditorlarla yanaşı, İTİS-ni yaradan, idərə edəcək və təkmilləşdirəcək mütəxəssislər yetişdirməkdir.

Dövlət qurumlarının qeyd olunan sahəyə məsul əməkdaşlarının qatıldığı təlimlər “ALLSAFE” kibertəhlükəsizlik şirkətinin direktoru Gülşah Bakırlı və şirkətin mütəxəssisi Serkan Balkanlı tərəfindən təqdim edilib.

Yekun təlim günündə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi və əməkdaşları da iştirak ediblər.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov İT sahəsi üzrə kadrların biliklərinin artırılması məqsədilə təşkil edilən bu cür təlimlərin önəmindən, “ALLSAFE” şirkəti ilə əməkdaşlıq əlaqələrinin inkişafından söz açaraq təlimin uğurla reallaşmasında əməyi keçən hər bir kəsə minnətdarlığını bildirib və iştirakçılara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib.

Qeyd edək ki, təlimlərdə iştirakçılara təhlükəsizlik risklərinin idarə edilməsi, təhlükəsizlik nəzarətlərinin seçilməsi, İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin auditi, nəzarət növləri və formaları, auditin mərhələləri və s. haqqında ətraflı məlumat verilib.

5 günlük təlimin sonunda iştirakçıların biliklərinin yekun qiymətləndirilməsi keçirilib.