Gömrük Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyinə 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri, Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması, kafedraların təqdim etdiyi dərslik və metodiki vəsaitlərin müzakirəsi, “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf etdirilməsi” (DIRNA) adlı Erasmus+ layihəsi və “21-ci əsrdə sağlam və təhlükəsiz iş fəaliyyəti üçün sahələrarası səriştələr" (Work4ce) ləyihəsi çərçivəsində İtaliya və Belçikada keçirilmiş təlimlərdə iştirakla bağlı hesabatlar və digər cari məsələlər daxil edilib.
Akademiyanın rəisi, Elmi Şuranın sədri, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq şura üzvlərini iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumatlandırıb.
İclasda Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Əbilxan İsayev payız semestrinin imtahan sessiyasının nəticələri ilə bağlı çıxış edərək yekun göstəriciləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Akademiyanın müəllimi Səfa Bakan, Hüquq və humanitar fənlər kafedrasının müdiri Hakim Əzizov, Akademiyanın beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru Elvin Mecidov və Gömrük işi və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayev gündəliyə daxil olan məsələlərlə bağlı çıxış ediblər.
Təqdim edilən çıxışlardan sonra Elmi Şura üzvlərinin, müvafiq struktur rəhbərlərinin gündəlikdə duran məsələlər ətrafında fikirləri dinlənilib.
Sonda müzakirə olunan məsələlər bağlı qərarlar qəbul edilib, struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.