Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak ediblər

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri - Novruzov Rəşad Elşad oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib. H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları və tələbələri iştirak edərək şəhidin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Əməkdaşlar tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərən Rəşad Novruzovun timsalında canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər.

Tədbirdə çıxış edənlər şəhidimizlə bağlı xatirələrini bölüşüb, göstərdiyi qəhrəmanlıqlar və keçdiyi döyüş yolu haqqında söhbət açıblar.

Bədii hissə ilə davam edən mərasimdə Akademiyanın Hüquqşünaslıq ixtisasının tələbəsi Sadiq Bəndiyev Vətən qəhrəmanlarına həsr edilən şeir səsləndirib.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!