Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında 31 Mart Soyqırımı qurbanlarının xatirəsi yad edilib

Gömrük Akademiyasında 31 Mart Soyqırımı qurbanlarının xatirəsi yad edilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bütün akademik qruplarda keçirilən dərslərin bir hissəsi soyqırımı qurbanlarının xatirəsinin anılmasına həsr olunub.

Əvvəlcə soyqırımı qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dərslərdə 106-ci ildönümü tamam olan 31 Mart Soyqırımının tarixinə nəzər salınaraq, soyqırımı siyasətinin mahiyyəti haqqında bəhs edilib. 1918-ci ilin mart-aprel aylarında erməni təcavüzkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktları, müxtəlif bölgələrimizdə törədilən erməni terroru və vəhşiliklər barəsində məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Gənclərə Azərbaycan xalqının başına gələn faciələri, xalqımızın şanlı keçmişini dərindən öyrənmək tövsiyə edilib, gələcək nəsillərə zəfərlərlə dolu bir tarixin ötürülməsinin vacibliyi vurğulanıb.

Sonda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.