Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında ağacəkmə aksiyası keçirilib

Gömrük Akademiyasında ağacəkmə aksiyası keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Akademiyanın rəhbərliyinin, əməkdaşlarının və tələbələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Aksiya çərçivəsində Akademiyanın ətraf ərazilərində, həmçinin Zabrat-Maştağa şosesinin Akademiyanın qarşısından keçən hissəsinin hər iki tərəfində şam, evkalipt, sərv ağacları əkilib, abadlıq və təmizlik işləri aparılıb. İməcilik iştirakçıları yeni əkilən ağacları suvarıb, onlara aqrotexniki qaydada qulluq göstəriblər.

Qeyd edək ki, bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir. Bunu nəzərə alaraq aksiyanın keçirilməsində də məqsəd məhz ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin yaşıllaşdırılması və qorunmasına töhfə verməkdir.