Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Elm günü” ilə bağlı seminar keçirilib

Gömrük Akademiyasında “Elm günü” ilə bağlı seminar keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Elm günü”nə həsr olunmuş “İqtisadçı kimi düşün” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Akademiyanın Gömrük işi və idarəetmə kafedrasının müdiri i.ü.f.d. Elvin Əlirzayev mövzunun aktuallığı, mahiyyəti, müzakirə olunacaq məsələlər barəsində məlumat verib. O, həmçinin, çıxışında iqtisad elminin müasir dövrdə transformasiyasından, dəyişən istehlakçı davranışlarından, elektron ticarət, kriptovalyuta, süni intelekt kimi yeni iqtisadi trendlərin bu elmin inkişafında yaratdığı mühitdən danışıb.

Tədbirdə məruzəçi qismində çıxış edən Akademiyanın müəllimi Məmməd Talıblı cəmiyyətin tərəqqisində elmin müstəsna rolundan söz açaraq ölkələrin elmə verdikləri dəyəri müqayisəli təhlil edərək Azərbaycanda və dünyada elmi fəaliyyətin səmərəliliyinin artırılması və təşviq edilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Akademiyanın müəllimi Həsən Rəhimli isə məruzəsində bilik iqtisadiyyatının formalaşmasında tədqiqat və inkişaf xərclərinin əhəmiyyətindən söz açaraq, ölkələrin inkişaf səviyyəsinin bununla əlaqəli olduğuna diqqət çəkib.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.