Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının kollektivi Novruz bayramı münasibətilə şəhid, qazi ailələrini ziyarət edib və Akademiyanın dünyasını dəyişmiş əməkdaşlarının xatirələrini yad ediblər

Gömrük Akademiyasının kollektivi Novruz bayramı münasibətilə şəhid, qazi ailələrini ziyarət edib və Akademiyanın dünyasını dəyişmiş əməkdaşlarının xatirələrini yad ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi Novruz bayramı münasibətilə şəhid, qazi ailələrini ziyarət edib və Akademiyanın dünyasını dəyişmiş əməkdaşlarının xatirələrini yad ediblər. Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımız - Tural Əsgərli Ələmdar oğlu, Həsənağa Abdullazadə Şakir oğlu, Raul Piriyev Zabid oğlu, Rüfət Eyvazlı Arzu oğlu, Ülvi Hüseynov Möhsün oğlu, Vətən müharibəsi qazisi Vasif Allahverdiyev Bayram oğlu və Akademiyanın vəfat edən əməkdaşı İsrafil İsmayılovun ailələri ilə görüşərək onların bayramlarını təbrik ediblər. O cümlədən, Akademiyanın dünyasını dəyişmiş əməkdaşı gömrük xidməti polkovniki Şəmsəddin Abışovun məzarını ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Ailə üzvləri ilə görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrinə bayram sovqatları təqdim olunub.

Görüşlər zamanı Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və əməkdaşlar şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını bildirirərək Akademiya tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıblar. Həmçinin şəhidlərin canı, qanı bahasına qazanılan tarixi Zəfərimizin gələcək nəsillərə ornək olduğunu vurğulayaraq tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyiblər.