Baş səhifə
Xəbərlər
Akademiya
DGKA ilə Xəzər Universitetinin tələbələri arasında elmi disput təşkil olunub

DGKA ilə Xəzər Universitetinin tələbələri arasında elmi disput təşkil olunub

Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Xəzər Universitetinin tələbələri arasında “Xarici ticarət siyasəti: azad ticarət, yoxsa proteksionizm” mövzusuna həsr olunmuş elmi disput keçirilib.

Tədbirdə Xəzər Universitetinin “İqtisadiyyat və menecment” fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, həmçinin departamentin akademik heyəti elmi opponent və hakim funksiyalarını icra ediblər.

Öncə çıxış edən Akademiyanın tələbələri Təvəkkül Hacıyev, Mənsurə Abdullayeva, Kazım Muradov və Emin Məmmədli dövlətin proteksionist siyasətini həm elmi-nəzəri, həm də empirik cəhətdən müdafiə edən etibarlı və əsaslı arqumentlər təklif ediblər. Sonra Xəzər Universitetinin “İqtisadçı” klubunun üzvləri azad ticarət siyasəti və onun üstünlüklərini özündə əks etdirən ciddi əsaslandırılmış nəzəri mülahizələri və real faktları qarşı tərəfə təqdim ediblər. Qarşılıqlı sual-cavab və müzakirə şəraitində keçən ikinci hissədə tərəflərin hər biri digər tərəfin arqumentlərinə əks arqumentlərlə cavab verməyə çalışıb.

Bərabərlik elan edilən debatda ən yaxşı spiker adına Akademiyanı təmsil edən “Renessans” komandasının kapitanı Təvəkkül Hacıyev layiq görülüb.

Yekunda Akademiyanın tələbələri mükafatlandırılıblar.