Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında xaricdə təhsil barəsində məlumat sessiyası keçirilib
Gömrük Akademiyasında xaricdə təhsil barəsində məlumat sessiyası keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Dil-İnkişaf” klubunun təşkilatçılığı və “Lingva” Tədris Mərkəzinin dəstəyi ilə “Malayziyada təhsil” mövzusunda məlumat sessiyası keçirilib.
Görüşdə Malayziyada təhsil layihə tərəfdaşı Rövşən Bağırov və “Lingva” Tədris Mərkəzinin əməkdaşı Fidan Bağırova tələbələrə bu ölkədə təhsilalma imkanları, ixtisas istiqamətləri, seçim mərhələləri və müraciət qaydaları barəsində ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.
İkinci hissədə Taylor’s Universitetinin təmsilçisi Van Yee tələbələrə Malayziyadakı təhsil həyatı barəsində bəhs edib.