Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın tələbəsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən mükafatlandırılıb
DGKA-nın tələbəsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən mükafatlandırılıb
AzTV və Yüksəliş müsabiqəsinin birgə əməkdaşlığı çərçivəsində, 2×2 verilişi: Gənclər üçün maarifləndirici tok-şou keçirilib. Verilişdə digər ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.
Proqramda “Cəhd etməmək üçün heç bir bəhanə yoxdur" mövzusu üzrə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Baş katibi (Aparat rəhbəri), "Yüksəliş" müsabiqəsinin qalibi Bayram Orucov, “Vaxtın idarə edilməsi” mövzusu üzrə isə Dövlət Neft Fondunun əməkdaşı, "Yüksəliş" müsabiqəsinin qalibi Ülviyə Mehralıyeva çıxış ediblər.
Digər ali təhsil müəssisələrinin tələbələri ilə yanaşı müzakirədə aktiv iştirak edən Akademiyanın Tələbə Gənclər Təşkilatının sədr müavini Təvəkkül Hacıyev Risk və fürsət, alternativ xərc, Eisenhower Matrisi, pomodora strategiyası ilə bağlı çıxış edib. Tələbəmiz uğurlu çıxışına görə digər tələbələrdən fərqlənərək Azərbaycan Respublikası Dövlət Neft fondu tərəfindən mükafata layiq görülüb.
Qeyd edək ki, veriliş 9 mart saat 17:00-da AzTV-də yayımlanacaq.