Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş beynəlxalq seminarda iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş beynəlxalq seminarda iştirak ediblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Müasir şəraitdə mülki müdafiə: problemlər və perspektivlər” mövzusunda videokonfrans rejimində III beynəlxalq seminar keçirilib.

Seminarda Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Elmi İşlər üzrə rəis müavini Cəmilə Namazova və Təsərrüfat və texniki xidmət şöbəsinin rəisi Rahim Babayev də iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd mülki müdafiə üzrə müvafiq qurumlar arasında beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və onların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi olub.

Tədbirdə çıxış edənlər əhalinin mühafizəsinin təmin edilməsində mülki müdafiənin mühüm rol oynadığını diqqətə çatdıraraq, bu kimi tədbirlərin əməkdaşlığın genişləndirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verdiyini qeyd ediblər.

Digər məruzəçilərlə yanaşı seminarda Akademiyanın şöbə rəisi Rahim Babayev "Əhalinin və ərazilərin səmərəli mühafizə üsullarının təkmilləşdirilməsi" mövzusunda məruzə ilə çıxış edib.

Tədbirin sonunda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.