Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib

Gömrük Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyinə magistratura səviyyəsi üzrə I kurs tələbələrinin dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi, 2023/2024-cü tədris ilinin payız semestrinin yekunları, semestrdaxili imtahanların nəticəsi, qış imtahan sessiyasına hazırlıq və digər cari məsələlər daxil edilib.

Akademiyanın rəisi, Elmi Şuranın sədri, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq şura üzvlərini iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumatlandırıb.

İclasda Akademiyanın Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova magistratura səviyyəsi üzrə I kurs tələbələrinin dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi, Akademiyanın elmi fəaliyyəti ilə bağlı illik hesabatla çıxış edib.

Daha sonra Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Əbilxan İsayev payız semestrinin semestrdaxili imtahanlarının nəticəsi, qış imtahan sessiyasına hazırlıqla bağlı çıxış edərək yekun göstəriciləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclas Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynovun cari tədris ilinin payız semestrində görülmüş işlər və tədrisin təşkili haqqında məruzəsi ilə davam edib.

Təqdim edilən çıxışlardan sonra Elmi Şura üzvlərinin, müvafiq struktur rəhbərlərinin gündəlikdə duran məsələlər ətrafında fikirləri dinlənilib.

Sonda müzakirə olunan məsələlər bağlı qərarlar qəbul edilib, struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.