Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər. Akademiyanın rəhbərliyi və əməkdaşları Sabunçu rayonunda yaşayan şəhid Həsənağa Abdullazadə Şakir oğlu, Aslan Rzayev Süleyman oğlu, Əliağa Məmmədov Eldəniz oğlu, Rüfət Eyvazlı Arzu oğlu, Elçin Mansurov Elşən oğlu və şəhid Rəşad Quliyev Rəşid oğlunun ailələri ilə görüşərək onların bayramlarını təbrik ediblər.

Şəhid ailələrinin üzvləri ilə görüşlər zamanı Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və əməkdaşlar şəhidlərimizin daim Azərbaycan xalqının xatirəsində uca tutularaq heç zaman unudulmayacağını, eləcə də Akademiya tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıblar. Həmçinin şəhidlərin canı, qanı bahasına qazanılan tarixi Zəfərimizin gələcək nəsillərə ornək olduğunu vurğulayaraq vətənpərvər, cəsur övladlar yetişdirdiklərinə görə şəhid ailələrinə dərin minnətdarlıqlarını bildiriblər.

Şəhidlərin ailə üzvləri, həmçinin şəhid polkovnik-leytenant Rəşad Quliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan zaman müəllimi olmuş Çiçək xanım, eləcə də tələbə yoldaşları tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən bütün şəhidlərimizə rəhmət diləyiblər.

Cənnətdəki bayramınız mübarək, qəhrəman şəhidlərimiz!