Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri arasında şahmat yarışı keçirilib

Gömrük Akademiyasının tələbələri arasında şahmat yarışı keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib. TGT-nin təşkilatçılığı ilə keçirilən yarışda Akademiyanın müxtəlif ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər.

İsveçrə sisteminə əsasən keçirilən yarış 7 turdan ibarət olub. Ümumilikdə 21 tələbə arasında keçirilən yarışın nəticələrinə əsasən Akademiyanın Hüquqşünaslıq ixtisasının 2-ci kurs tələbəsi Ayhan Zeynalov I yerə, Beynəlxalq ticarət və logistika ixtisasının 2-ci kurs tələbəsi Ramil Cəfərov və Hüquqşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Elnur Əzizov II və III yerlərə layiq görülüblər.

Sonda şahmat turnirin qalibləri kubok və sertifikatlarla mükafatlandırılıb.