Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbəsi “Heydər Əliyev adına təqaüd"ə layiq görülüb
Gömrük Akademiyasının tələbəsi “Heydər Əliyev adına təqaüd"ə layiq görülüb
Dövlət Gömrük Komitəsinin Akademiyasının təhsildə yüksək nailiyyətləri ilə fərqlənən Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Ramazan Əsgərxanov "Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.
Bununla əlaqədar olaraq Akademiyanın tələbəsi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI Qurultayı çərçivəsində keçirilən təntənəli təqdimetmə mərasimində iştirak edib və müvafiq sertifikatla təltif olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 24 iyun tarixli Sərəncamına əsasən, bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.