Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşı şahmat idman növü üzrə çempionatın birincisi olub
Gömrük Akademiyasının əməkdaşı şahmat idman növü üzrə çempionatın birincisi olub
Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşı Əbilxan İsayev gömrük əməkdaşları arasında keçirilən şahmat idman növü üzrə çempionatda ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsi, Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatda 65 nəfər gömrük əməkdaşı iştirak edib.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev bildirib ki, “Heydər Əliyev ili”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil edilən çempionatın məqsədi gömrük əməkdaşlarının fərdi bacarıqlarının, intellektual səviyyələrinin inkişaf etdirilməsinə şərait yaratmaqdır.
İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət olan çempionatı beynəlxalq dərəcəli hakimlər Nurəli Məmmədzadə və Lütfiyar Rüstəmov idarə ediblər.
Qeyd edək ki, çempionatda Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin əməkdaşı Elvin Quliyev ikinci, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı İbrahim Səfərli isə üçüncü yeri tutublar.
Yekunda qaliblər medallar və sertifikatlar ilə təltif olunublar.
Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi adından Əbilxan müəllimi bu nailiyyəti münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzu edirik!