Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında ADA Universitetinin əməkdaşları tərəfindən seminar keçirilib
Gömrük Akademiyasında ADA Universitetinin əməkdaşları tərəfindən seminar keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında ADA Universitetinin əməkdaşları tərəfindən tələbələr üçün seminar təşkil edilib. Seminarda ADA Universitetinin dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Sərvər Qurbanov, universitetin əməkdaşı Mahnur Abbasova, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbirdə “Tədiyə balansı” mövzusunda təqdimatla çıxış edən Sərvər Qurbanov, tədiyə balansının mahiyyəti, tənzimlənməsi məsələləri, onun əhəmiyyəti və Azərbaycanın xarici ticarət dövriyyəsinn inkişaf trendləri barəsində ətraflı bəhs edib.
Daha sonra Mahnur Abbasova iştirakçıları ADA Universitetinə qəbul qaydaları ilə tanış edərək universitetin magistratura ixtisasları barədə tələbələrə məlumat verib.
Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.