Gömrük Akademiyasında kibertəhlükəsizlik mövzusunda seminar keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik mövzusunda seminar keçirilib.
“İnformasiya təhlükəsizliyi” və “İnformasiya texnologiyaları” ixtisasları üzrə təhsil alan 3-cü kurs tələbələri üçün keçirilən seminar AGTL-in əməkdaşları Beyrək Qurbanov və Fərid Əmirov tərəfindən təqdim olunub.
Seminarda təlimçilər tərəfindən müasir dövrdə artan kibertəhlükələr, kibertəhlükəsizliyin strateji əhəmiyyəti, informasiya təhülkəsizliyinin məqsədi, ən geniş yayılmış kiberhücumlar və onlardan qorunmaq yollarından bəhs edilib.
İnteraktiv formatda keçirilən seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.