Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının komandası “Cənubi Qafqaz açıq çempionatı”na qatılıb
Gömrük Akademiyasının komandası “Cənubi Qafqaz açıq çempionatı”na qatılıb
Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası proqramlaşdırma üzrə Gürcüstan Respublikasının Kutaisi şəhərində keçirilən “Cənubi Qafqaz açıq çempionatı”nda iştirak edir.
11-16 dekabr 2023-cü il tarixlərində keçirilən çempionatda iştirak edən Akademiyanın “ASSCA 3” adlı komandasının rəhbəri “İnformasiya texnologiyaları və texniki elmlər” kafedrasının müəllimi Asif Qanbayev, komandanın üzvləri isə İnformasiya texnologiyaları ixtisasının tələbələri Həmid Atamov, Mirməhəmməd Mənsimov və Səxavət Mahmudovdur.
Qeyd edək ki, Azərbaycanın ümumilikdə 15 ali təhsil müəssisəsindən 20 komanda (hər komandada 3 tələbə və komanda rəhbəri) “48-ci ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və “Cənubi Qafqaz Açıq Çempionatı”nda iştirak edir.
Komandalara 5 saat ərzində 12 Alqoritmik məsələni “C“, “C++“, “Java“ və ya “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib.
Məlumat üçün bildirək ki, Akademiyanın tələbələri Bakı Mühəndislik Universiteti (BMU) və ADA Universitetinin təşkilatçılığı ilə daha öncə keçirilmiş 48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə dörddə bir final mərhələsində müvəffəqiyyət qazanaraq çempionatda iştirak etmək hüququ əldə ediblər.
Komandamıza çempionatda uğurlar arzu edirik!