Baş səhifə
Xəbərlər
Akademiya
Vətən müharibəsi şəhidləri tələbələrimiz tərəfindən də anıldı

Vətən müharibəsi şəhidləri tələbələrimiz tərəfindən də anıldı

Sentyabr ayının 27-dən noyabrın 10-dək Ali Baş Komandan, Prezident Ilham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfər yürüşü olan Vətən müharibəsində canını fəda etmiş şəhidlərimiz Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri tərəfindən də ehtiramla anılıb.

Onlayn keçirilən bütün dərslərin əvvəlində müəllimlər Vətən müharibəsi, Azərbaycan Ordusunun qəhrəmanlıqları, Vətən uğrunda canını fəda etmiş şəhidlər haqqında danışıblar, hər bir azərbaycanlının, xüsusən gənclərin onların ruhu qarşısında borclu olması ilə bağlı məsələlərə toxunublar.

 Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tələbələr öz profillərinə Vətən uğrunda şəhid olmuş qəhrəmanların fotolarını yerləşdirərək onların əziz xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib, qəlblərdə hər zaman yaşayacaqlarını vurğulayıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İctimaiyyətlə əlaqələr şöbəsi