Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Sloveniyada keçirilən beynəlxalq müsabiqədə iştirak ediblər

Gömrük Akademiyasının tələbələri Sloveniyada keçirilən beynəlxalq müsabiqədə iştirak ediblər

Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri Sloveniyanın Lyublyana Universitetində keçirilən Ümumavropa Beynəlxalq Humanitar və Qaçqın Hüququ üzrə Məhkəmə Müsabiqəsinin 8-ci buraxılışında iştirak ediblər. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK), Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) və Sloveniya Qızıl Xaç Cəmiyyətinin birgə təşkilatçılığı ilə Lyublyana Universitetinin Hüquq fakültəsi tərəfindən keçirilən müsabiqədə Akademiyanın tələbələri 16 komanda arasında mübarizə aparıblar.

3 mərhələdən ibarət olan müsabiqədə rol-oyunu-simulyasiya və praktiki tapşırıqlar zamanı komandalar beynəlxalq Humanitar hüquq, beynəlxalq qaçqın hüququ və beynəlxalq ümumi hüququn müvafiq qaydalarına istinad etməklə çıxışlar ediblər.

4 gün ərzində davam edən gərgin və uğurlu mübarizənin sonunda digər iştirakçılarla yanaşı Akademiyanın tələbələri Mahmud Bayramov, Rail Yaqubov və Aytac Məmmədova, mentorları Akademiyanın əməkdaşı Yavər Məmmədova və Dövlət Gömrük Komitəsinin Akademiyası sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, Akademiyanın tələbələri daha əvvəl BQXK tərəfindən Beynəlxalq humanitar hüquq üzrə keçirilən milli müsabiqədə əldə etdikləri qələbədən sonra bu müsabiqədə ölkəni təmsil etmək haqqı qazanmışdırlar.