Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyinin beynəlxalq müsabiqədə iştirak edən tələbələrlə görüşü keçirilib

Gömrük Akademiyasının rəhbərliyinin beynəlxalq müsabiqədə iştirak edən tələbələrlə görüşü keçirilib

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri Sloveniyanın Lyublyana Universitetində keçirilən Ümumavropa Beynəlxalq Humanitar və Qaçqın Hüququ üzrə Məhkəmə Müsabiqəsinin 8-ci buraxılışında iştirak ediblər. Bu münasibətlə Dövlət Gömrük Komitəsinin Akademiyasında iştirakçı komandanın üzvləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tələbələrin bu cür beynəlxalq tədbirlərdə iştirakların əhəmiyyətindən bəhs edib. Q. Novruzov onların sosial və elmi fəaliyyətlərə aktiv cəlb edilmələrinin önəmindən də söz açaraq Akademiya tələbələrinin daim öz fəaliyyətlərində doğma təhsil ocağının adını yüksəldəcəklərinə və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verəcəklərinə əminliyini vurğulayıb.

Tələbələr də öz növbələrində Akademiya tərəfindən onlar üçün yaradılan şəraitə, göstərilən dəstəyə görə Akademiya rəhbərliyinə və professor-müəllim heyətinə öz təşəkkürlərini bildiriblər.