Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidlərinin anım günündə iştirak ediblər

Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidlərinin anım günündə iştirak ediblər

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi qəhrəmanları Elçin Mansurov və Adil İbrahimlinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən tədbirdə dövlət rəsmiləri, institutun zabit, müəllim və kursant heyəti, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri də iştirak ediblər.

Anım tədbiri Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən söz açaraq dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını fəda edən, qorxmadan ölümə gedən cəsur vətən övladlarımızın xatirəsinin hər zaman əziz tutulacağını bildirib.

Tədbir iştirakçıları da çıxış edərək tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən bütün şəhidlərimizə rəhmət diləyiblər.

Bədii hissə ilə davam edən mərasimdə həmçinin Akademiya tələbələrinin ifasında Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndirilib.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!