Baş səhifə
Xəbərlər
Akademiya
DGKA ilə AGTL arasında görüş keçirilib

DGKA ilə AGTL arasında görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası ilə görüş keçirilib.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının icraçı direktoru Vüsal Qasımovu və Assosiasiyanın nümayəndələrini salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Qonaqlara Akademiyanın fəaliyyət istiqamətləri barəsində məlumat verən Q. Novruzov biznes sektoru ilə əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən söz açaraq qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin gələcək perspektivlərindən bəhs edib.

Gömrük Akademiyasında olmaqdan məmnunluğunu bildirən Assosiasiyanın icraçı direktoru Vüsal Qasımov 2020-ci ildə təsis edilən Assosiasiyanın fəaliyyəti, hədəf və məqsədləri haqqında məlumat verərək müxtəlif istiqamətlər üzrə Akademiya ilə təcrübə mübadiləsinin aparılmasının, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb.

Daha sonra görüşdə Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə müzakirələr aparılıb.