Gömrük Akademiyasında peşəkar inkişafla bağlı tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında “İnkişaf marafonu 2023” layihəsi çərçivəsində “DECTEC” Group idarə heyətinin sədri, “NİGAR TARIM” idarə heyətinin üzvü, ADNSU-nun dosenti, biznes konsultant Sakit Səmədov və “Shane Academy Azerbaijan”-nın təsisçi direktoru, xaricdə təhsil eksperti, İELTS, TOEFL, Duolingo instruktoru Jalə Bəhrəmova ilə tələbələrin növbəti görüşü təşkil olunub.
Təlimçilər şəxsi inkişafla bağlı öz təcrübələrini tələbələrlə bölüşərək motivasiyanın həyatımızdakı rolu, fərdi inkişafın əsas qaydaları, təhsil imkanları, peşəkar inkişafa dəstək, ölkə daxilində və xaricdə karyera qurmanın başlıca şərtləri, beynəlxalq dil sertifikatları və digər mövzular barəsində iştirakçılara ətraflı məlumat veriblər.
Sonda mövzu üzrə gəncləri maraqlandıran suallar cavablandırılıb.