Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi ilə görüş keçirilib
Gömrük Akademiyasında Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi ilə görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq üzrə elmlər doktoru, professor Lətif Hüseynovla görüş keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq tələbələrin biliklərinin zənginləşdirilməsi istiqamətində tanınmış hüquqşünas alimlə keçirilən görüşün əhəmiyyətindən bəhs edib.
Daha sonra Akademiyanın Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova professor Lətif Hüseynovun elmi-pedaqoji fəaliyyəti haqqında tələbələrə məlumat verib.
Görüşdə professor Lətif Hüseynov Avropa insan hüquqları məhkəməsinin yaranması, fəaliyyəti, müraciətlərə baxılma prosedurları, beynəlxalq münasibətlərlə bağlı yeni çağırışlar barəsində geniş məlumat verərək həqiqətlərin müdafiəsi baxımından ali tribunanın ölkəmiz üçün əhəmiyyətindən bəhs edib.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.