Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşı Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbirdə iştirak edib

Gömrük Akademiyasının əməkdaşı Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə “Qarabağ sədası” adlı ədəbi-bədii tədbiri keçirilib. 44 günlük Vətən müharibəsinin 3-cü ildönümünə həsr olunan tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasından Katibliyin rəisi Azər Seyidov iştirak edib.

Azərbaycan Texniki Universitetində baş tutan tədbirdə digər iştirakçılarla yanaşı Azər Seyidov da çıxış edərək 30 il sonra qəhrəman oğullarımızın canı-qanı bahasına qazanılan şanlı qələbədən, gənclərin vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərinin yüksəldilməsi məqsədilə keçirilən bu cür tədbirlərin önəmindən bəhs edib.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.