Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi Zəfər Gününə həsr olunmuş elmi konfransda iştirak edib
Gömrük Akademiyasının rəhbərliyi Zəfər Gününə həsr olunmuş elmi konfransda iştirak edib
Heydər Əliyev adına Hərbi İnstitutda “Zəfər Günü”nün 3-cü ildönümünə həsr olunmuş “İkinci Qarabağ Müharibəsinin hərbi-siyasi dərsləri: əldə olunan uğurlar və qarşıda duran vəzifələr” mövzusunda II respublika elmi konfransı keçirilib.
Konfransda digər çıxış edənlərlə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük qələbədən, Azərbaycanın artan iqtisadi qüdrəti və siyasi nüfuzundan, Azərbaycan Ordusunun və əsgərinin qəhrəmanlığından bəhs edib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsinin Vətən müharibəsində özünü göstərdiyini vurğulayan Q. Novruzov gələcək nəsillərə zəfərlə dolu bir tarixin ötürülməsinin vacibliyini də qeyd edib.