Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Özbəkistanın gömrük əməkdaşları, magistrant və kursantları üçün növbəti mühazirə təşkil edib

Gömrük Akademiyası Özbəkistanın gömrük əməkdaşları, magistrant və kursantları üçün növbəti mühazirə təşkil edib

Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutunun kursantları, magistrantları və Özbəkistan Respublikası gömrük xidmətinin əməkdaşları üçün onlayn formatda növbəti mühazirə təşkil edilib.

Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutunun müraciəti əsasında təşkil olunan mühazirədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Baytarlıq, fitosanitar və sanitariya nəzarəti şöbəsinin rəisinin müavini Zinət Hüseynli gömrük nəzarəti istiqaməti üzrə Azərbaycan Respublikasının dövlət sərhəd-buraxılış məntəqələrində karantin və fitosanitar nəzarətin hüquqi tətbiqi təcrübəsini özbəkistanlı həmkarları ilə bölüşüb. Tədbirdə mövzu üzrə təqdimat nümayiş etdirilib.

Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.