Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri arasında debat turniri keçirilib

Gömrük Akademiyasının tələbələri arasında debat turniri keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Debat klubunun “18 oktyabr - Müstəqilliyin Bərpası günü" və "8 Noyabr-Zəfər günü"nə həsr olunmuş “Hüquqşünaslararası” V daxili debat turniri keçirilib.

Hüquqşünaslıq ixtisasının I-IV kurs tələbələrinin iştirakı ilə “Ölüm hökmü bərpa olunmalıdır” mövzusunda baş tutan turnirin ilk mərhələsi 18 oktyabr tarixində keçirilib. Debatçılar mövzu üzrə bir-birindən maraqlı faktlar və arqumentlər səsləndiriblər. Debatın final mərhələsində təsdiq mövqedə "Hüquqazidd əməl", inkar mövqedə isə “Kadr 25” komandaları qarşı-qarşıya gələrək kubok uğrunda mübarizə aparıblar.

Gərgin və maraqlı keçən mübarizənin sonunda qalib debatçılar və natiqlər təltif olunublar.