Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəisi Vətən müharibəsi şəhidinin anım günündə iştirak edib

Gömrük Akademiyasının rəisi Vətən müharibəsi şəhidinin anım günündə iştirak edib

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri - şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anım günü qeyd olunub. Anım günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Göyçay Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Qulu Novruzov şəhidin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək səbir diləyib. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün hər birimizin ilk növbədə, şəhidlərə borclu olduğumuzu vurğulayan Q. Novruzov qəhrəman oğlumuz Vidadi Xəlilovun timsalında canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildirib.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!