Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri üçün təşkil edilən “CS50x Azerbaijan DGKA” layihəsinin bağlanış mərasimi keçirilib
Gömrük Akademiyasının tələbələri üçün təşkil edilən “CS50x Azerbaijan DGKA” layihəsinin bağlanış mərasimi keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Technest Təqaüd proqramı və “Coders Azerbaijan”ın birgə təşkilatçılığı ilə təşkil edilən “CS50x Azerbaijan DGKA” layihəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə Akademiyanın tələbələri layihə müddətində qazandıqları bilik və bacarıqlar əsasında komandalar şəklində hazırladıqları layihələri təqdim ediblər.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tədbirdə çıxış edərək İT sahəsi üzrə savadlı kadrların hazırlanması məqsədilə təşkil edilən bu cür layihələrin önəmindən bəhs edib. Q. Novruzov Akademiyanın tərəfdaşı “Coders Azerbaijan”la qurulan səmərəli əməkdaşlıq əlaqələrinin inkişafından da danışaraq, layihənin təşkilində əməyi keçən hər bir kəsə təşəkkür edib.
Tədbirdə çıxış edən “Coders Azerbaijan”ın həmtəsisçisi və idarə heyətinin üzvü Seymur Həmidov proqramlaşdırmaya həvəsi olan tələbələrə dəstək olmaq və təməl biliklərin öyrənilməsinə köməklik göstərmək məqsədilə keçirilən layihə barəsində məlumat verərək layihənin uğurla reallaşmasında dəstək olan hər bir kəsə minnətdarlığını bildirib.
Daha sonra təqdimatda iştirak edən qonaqlar səsvermə yolu ilə dəyərləndirmələr ediblər. Səsvermənin nəticələrinə əsasən “The Goal Diggers” komandası qalib olub.
Sonda qalib komanda pul mükafatı ilə təltif olunub, iştirakçılara və layihə könüllülərinə isə sertifikatlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “CS50x” Harvard Universitetinin pofessoru David J. Malan tərəfindən proqramlaşdırmaya ilkin başlayanlar üçün qurulmuş alqoritmik düşüncə məntiqini formalaşdıran interaktiv tədris proqramıdır. Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün “Coders Azerbaijan” tərəfindən proqramın tədrisinə 2023-cü ilin may ayından başlanılmışdır.