Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları Vətən müharibəsi şəhidlərinin növbəti anım günündə iştirak ediblər
Gömrük Akademiyasının əməkdaşları Vətən müharibəsi şəhidlərinin növbəti anım günündə iştirak ediblər
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız Əliyev Tahir Mahir oğlu və Rzayev Aslan Süleyman oğlunun anım günü qeyd olunub. Anım günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı Sabunçu rayonu Maştağa qəsəbəsində şəhidlərin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.
Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, səbir diləyərək dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını fəda edən, qorxmadan ölümə gedən cəsur vətən övladlarımızın xatirəsinin hər zaman əziz tutulacağını bildiriblər.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!