Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri şəhidin dəfn mərasimində iştirak ediblər

Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri şəhidin dəfn mərasimində iştirak ediblər

31 il əvvəl Şuşada - Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Qasımov Veysəl Qasım oğlu İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, döyüş yoldaşları və rayon sakinləri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, bir qrup əməkdaşı və tələbələri də iştirak edərək şəhidin məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Şəhid Veysəl Qasımov əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi altında torpağa tapşırılıb.

Mərasimdə iştirak edənlər şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib, ərazi bütövlüyümüz uğrunda əsl qəhrəmanlıq nümayiş etdirərək canından keçən bütün Vətən şəhidlərinə Allahdan rəhmət diləyiblər.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!