Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri hüquq müsabiqəsində iştirak ediblər

Gömrük Akademiyasının tələbələri hüquq müsabiqəsində iştirak ediblər

Prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü ilə əlaqədar hüquq fakültələrində təhsil alan tələbələr üçün Baş Prokurorluqda “Heydər Əliyev və Qanun” adlı hüquq müsabiqəsi təşkil edilib.

Müsabiqə ümummilli lider Heydər Əliyev irsinin tədqiqi, Ulu Öndərin qanunvericilik sahəsində həyata keçirdiyi tədbirlərin gənc nəsil tərəfindən öyrənilməsi və prokurorluq orqanları ilə ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi daşıyıb.

Keçirilmiş maarifləndirici yarışmada digər 7 ali təhsil müəssisəsinin tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri də iştirak ediblər.