Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri Qasımlı Muxtar Əli oğlunun anım günü qeyd olunub. Anım günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı Xəzər rayonu Qala qəsəbəsində şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib, ərazi bütövlüyümüz uğrunda əsl qəhrəmanlıq nümayiş etdirərək canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildiriblər.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!