Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirdə iştirak ediblər
Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirdə iştirak ediblər
Nizami Kino Mərkəzində Azərbaycanın ərazi bötüvlüyü uğrunda canlarından keçən qəhramanlarımıza həsr olunan “Şəhidlər zirvəsi” sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, tədbirin təşkilatçılarından olan Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Dübəndi gömrük postunun böyük inspektoru, gömrük xidməti mayoru, II Qarabağ müharibəsi qazisi İqbal Səfərov və Akademiyanın əməkdaşları da iştirak ediblər.
Tədbirdə Vətən müharibəsi zamanı şəhidlərimizin göstərdiyi qəhrəmanlıqdan, Əlincə qalasında yaradılan "Şəhidlər zirvəsi"ndən bəhs edən film nümayiş olunub. Filmin müəllifi Vaqif Şahsuvarov, rejissoru Nazim İmanov, bəstəkarı Fərahim Sadiq, operatoru isə Şahin Məmmədovdur.
Daha sonra tədbirdə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı tarixi Zəfərdən, qəhrəmanlarımızın keçdiyi döyüş yolundan, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edərək bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını qeyd edib.