Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının kollektivi qanvermə aksiyasında iştirak edib

Gömrük Akademiyasının kollektivi qanvermə aksiyasında iştirak edib

Dekabrın 13-də Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi talassemiyadan əziyyət çəkən uşaqlar üçün gömrük xidməti əməkdaşları arasında keçirilən qanvermə aksiyası çərçivəsində qan veriblər. Aksiya Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankından ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən könüllülük prinsipi ilə təşkil edilib.

Müvafiq tibbi yoxlama prosedurlarından sonra Akademiyanın əməkdaşlarından qan götürülüb.

İctimaiyyətlə əlaqələr şöbəsi