Baş səhifə
Xəbərlər
Akademiya
Dövlət Gömrük Komitəsinin Akademiyası 2023/2024-cü tədris ili üzrə akademik əməkdaşlığa dəvət edir
Dövlət Gömrük Komitəsinin Akademiyası 2023/2024-cü tədris ili üzrə akademik əməkdaşlığa dəvət edir
Dövlət Gömrük Komitəsinin Akademiyası bakalavriat səviyyəsində İqtisadiyyat, Beynəlxalq ticarət və logistika, Hüquqşünaslıq, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları ixtisasları üzrə beynəlxalq standartlar əsasında müasir tələblərə cavab verən peşəkar mütəxəssislər hazırlayır. Akademiya bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığı aparılan ixisaslar üzrə ölkədə ən yüksək keçid balına malik olan ali təhsil müəssisələrindən biridir. Akademiyanın tələbələri beynəlxalq mübadilə proqramlarında iştirak edir, respublika səviyyəli konfranslarda və yarışlarda uğurlu nəticələr əldə edir, mütəmadi olaraq tələbə konfransları və sosial fəaliyyətlər təşkil edirlər.
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2022/2023-cü tədris ilindən etibarən bakalavriat səviyyəsində əlavə olaraq Beynəlxalq ticarət və logistika və İnformasiya texnologiyaları ixtisasları üzrə ingilis bölməsində də tədris həyata keçirilir. Bu səbəblə,
- Ø Beynəlxalq ticarət və logistika ixtisasının əsas istiqamətləri (elektron ticarət, beynəlxalq marketinq, rəqəmsal iqtisadiyyat, sahibkarlıq və biznes, logistika, menecment, statistika və ekonometrika, beynəlxalq iqtisadiyyat və s.)
- Ø İnformasiya texnologiyaları ixtisasının əsas istiqamətləri (proqramlaşdırma dilləri, informasiya təhlükəsizliyi, verilənlərin strukturu və alqoritmlər, veb sistemləri və texnologiyaları, kompüter qrafikası, kompüter arxitekturası, əməliyyat sistemləri, multimedia texnologiyaları, alqoritmlərin analizi və layihələndirilməsi və s.)
üzrə müəllimləri əməkdaşlığa dəvət edirik.
Xaricdə təhsil və iş təcrübəsinə, xarici dil (akademik səviyyədə) və e-təhsil bacarıqlarına sahib olan mütəxəssislərə üstünlük veriləcəkdir.
Əməkdaşlıq etmək istəyənlərin akademik CV məlumatlarını 24 iyul 2023-cü il tarixinə qədər info@ascca.edu.az e-poçt ünvanına göndərmələri xahiş olunur.