Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Zəfər gününə həsr olunmuş elmi-praktik konfransda iştirak ediblər

Gömrük Akademiyasının tələbələri Zəfər gününə həsr olunmuş elmi-praktik konfransda iştirak ediblər

Polis Akademiyasında “8 noyabr - Zəfər günü”nə həsr olunmuş “Milli və beynəlxalq hüquq kontekstində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsinin aktual məsələləri” adlı respublika elmi-praktik konfransı keçirilib. Konfransda digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti və tələbələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri də iştirak ediblər.

Tədbir respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Konfransda çıxış edən Polis Akademiyasının rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov keçirilən konfransın əhəmiyyətindən söz açaraq 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin dövlətçilik tariximizə qızıl hərflərlə yazılması barədə danışıb.

Daha sonra konfransda digər tələbələrlə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi Ramazan Əsgərxanov da “Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsinin hüquqi aspektləri” mövzusunda çıxış edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.