Xəbərlər

Bütün xəbərlər

DGKA-da Milli Qurtuluş Günü münasibətilə “Dövlətçilik” adlı tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Dövlətçilik” adlı tədbir keçirilib. Sabunçu Rayon İcra Hakimiyyətinin ideoloji maarifləndirmə tədbirləri çərçivəsində təşkil olunan tədbirdə Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Akademiyanın rəis müavinləri Anar Süleymanov və prof. Cəmilə Namazova Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin inkişafındakı mühüm rolundan, Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu və davamlı inkişaf strategiyasındakı xidmətlərindən bəhs ediblər. Məruzəçi qismində çıxış edən Akademiyanın müəllimi, h.ü.f.d.,dos. Həbib Cəfərov isə Milli Qurtuluş Gününün tarixi-siyasi mahiyyəti, ölkənin inkişaf mərhələləri və Ulu Öndərin dövlətçilik konsepsiyasının müasir Azərbaycanda davamlı nəticələri barəsində danışıb. Daha sonra Akademiyanın “Hüquqşünaslıq” ixtisasının IV kurs tələbəsi Əminə Əhmədova “Dövlətçilik: keçmişdən gələcəyə uzanan müqəddəs miras” mövzusunda çıxış edib. Tədbir çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününün əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.

12.06.2026

DGKA-da layihə işlərinin müdafiəsi başlayıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) IV kurs tələbələrinin layihə işlərinin müdafiəsi başlayıb. 2025/2026-cı tədris ilində bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran “İnformasiya texnologiyaları” və “İnformasiya təhlükəsizliyi” ixtisaslarının tələbələrinin layihə işlərinin müdafiəsi keçirilib. Layihə işləri Akademiyanın “İnformasiya texnologiyaları və texniki elmlər” kafedrasının dosenti Asif Qanbayevin sədrlik etdiyi Müdafiə Komissiyası tərəfindən qiymətləndirilib. Komissiyada Dövlət Gömrük Komitəsinin məsul əməkdaşları, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Bakı Mühəndislik Universiteinin müəllimləri iştirak ediblər. Müdafiənin açılışında Akademiyanın rəis müavini, prof. Cəmilə Namazova komissiya heyətini salamlayaraq müdafiə prosesi haqqında məlumat verib və Komissiyanın işinə uğurlar arzulayıb. Tələbələr layihə işlərinin mövzularına uyğun olaraq, müxtəlif sahələr üzrə hazırladıqları layihələri, araşdırma və təhlilləri özündə əks etdirən təqdimatlarla çıxış edib komissiyanın suallarını cavablandırıblar. Qeyd edək ki, növbəti həftələrdə 2025/2026-cı tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran "Hüquqşünaslıq", “İqtisadiyyat”, “Beynəlxaq ticarət və logistika” ixtisasları üzrə layihə işlərinin, magistratura səviyyəsi üzrə isə “Beynəlxalq iqtisadi hüquq” və “Gömrük işi” ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçiriləcək.

12.06.2026

Əməkdaşlıq

Elm öyrənmək heç vaxt gec deyil.

İbn Sina

Növbəti tədbirlər

  • 22 May - 23 May

    Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş Gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı

Sözlük

Spam -- (en. spam,  ru. спам, tr. spam) kommersiya və başqa məzmunlu reklamların, eləcə də digər növ məlumatların, həmin məlumatları almaq arzusunda olmayan şəxslərə kütləvi göndərilməsi. “SPAM” sözü 1936-cı ildə meydana çıxıb; “SPiced hAM” (acı verçina) ifadəsinin qısaltması olan SPAM sözü Hormel Foods Corporation şirkətinin ət məhsullarının əmtəə nişanı idi. İkinci dünya müharibəsində təkcə Amerika əsgərlərini deyil, həm də müttəfiqlərin əsgərlərini təchiz etmək üçün hazırlanmış bu konservlərin müharibədən sonra böyük ehtiyatı qalmışdı. Ona görə də Hormel Foods şirkəti bu məhsulların geniş reklamına başladı: “SPAM” sözünə hər addımda rast gəlinirdi, bütün ucuz mağazaların vitrinində, avtobus və tramvayların bortunda bu söz yazılmışdı. Bu sözü evlərin fasadlarında, qəzetlərdə oxumaq olardı. “SPAM” konservlərinin reklamı daim radio ilə yayımlanırdı. 1986-cı ildə Usenet konfranslarında hansısa Deyv Rodes adından yeni maliyyə piramidasını reklam edən eyni məzmunlu çoxlu məlumat meydana çıxdı. Başlığı “Çoxlu pul qazanın” olan bu məktublarda bunu necə etməyin təlimatı verilirdi. Məktub müəllifi öz mətnlərini elə böyük inadla çoxladaraq yayırdı ki, bu məktublardan “boğaza yığılmış” abunəçilər onları yuxarıda adı çəkilən konservlərlə müqayisə etməyə başladılar. Beləliklə, “spam” sözü yeni məna qazandı və sonradan zəhlətökən reklam göndərişlərini ifadə edən kompüter termininə çevrildi. Qanuni bizneslə məşğul olan bəzi şirkətlər öz mallarını, yaxud xidmətlərini spam vasitəsilə reklam edirlər. Belə reklam ucuz başa gəlir və daha çox potensial müştərilərini əhatə edir. Ancaq belə reklam alıcıları ehtiyatlandırmaqla əks effekt də verə bilər. Bəzən fırıldaqçılar məktubu alan şəxslərdən pul qoparmaq üçün spamdan istifadə edir. Ən geniş yayılmış üsul “Nigeriya fırıldağı” (nigerian scam) adını alıb, çünki belə məktubların əksəriyyəti Nigeriyadan göndərilir. Fırıldaqçılığın başqa bir növü “fişinq” (phishing) adlanır. Ən böyük spam axını elektron poçtla yayılır. Hazırda ümumi elektron poçt trafikində virusların və spamların payı müxtəlif qiymətləndirmələrə görə 70-95 faiz təşkil edir.