Baş səhifə
Xəbərlər
Akademiya
DGKA Türkiyə ilə İT sahəsində əməkdaşlığını genişləndirir

DGKA Türkiyə ilə İT sahəsində əməkdaşlığını genişləndirir

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Türkiyənin kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış “Cbernet Bilgi Teknolojileri ve Danışmanlık A.Ş.” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Türkiyə ilə müxtəlif sahələrdə mövcud əməkdaşlıq əlaqələrinə toxunaraq həyata keçirilən birgə layihə və təşəbbüslərin əhəmiyyətini vurğulayıb, yeni tərəfdaşlığın əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib.
“Cbernet” şirkətinin baş direktoru Gökay Türksonmez şirkətin fəaliyyəti və kibertəhlükəsizlik sahəsində təcrübəsi barədə məlumat verərək Akademiya ilə əməkdaşlığın perspektivlərindən bəhs edib.
Daha sonra tərəflər arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən Anlaşma Memorandumu imzalanıb.
Görüş çərçivəsində şirkətin Biznesin inkişafı üzrə direktoru Yunus Emre Uğur Akademiyanın tələbələri üçün “Sənaye DMZ və IT-OT təhlükəsizlik sərhədi” mövzusunda ustad dərsi keçib. Dərsdə sənaye sistemlərinin təhlükəsizliyi və IT-OT mühitləri arasında təhlükəsizlik yanaşmaları barədə məlumat verilib.