Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da “Süni intellekt və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib

DGKA-da “Süni intellekt və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) təşkilatçılığı ilə Süni intellekt və kibertəhlükəsizlik – süni intellekt dövründə rəqəmsal müəssisənin mühafizəsi” mövzusunda seminar keçirilib.
İngilis dilində keçirilən seminarda kibertəhlükəsizlik sahəsində 18 ildən artıq beynəlxalq təcrübəyə malik, hücum təhlükəsizliyi, penetrasiya sınaqları və informasiya sistemlərinin qorunması üzrə ixtisaslaşmış ekspert Kenneth Gonzalez təqdimatla çıxış edib.
Təqdimatda süni intellekt texnologiyalarının yaratdığı yeni kiber təhdidlər, avtonom agentlərlə bağlı risklər, real kiberhücum ssenariləri və müasir müdafiə strategiyaları diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.